Bölgələrdəki istirahət guşələrində monitorinqlər keçirilir

Bölgələrdəki istirahət guşələrində monitorinqlər keçirilir

Göygöl və Hacıkənddəki istirahət obyektlərində monitorinqlər keçirilir. Yay fəslinin gəlişi ilə sözügedən ərazilərdəki iaşə obyektlərinin gigiyenik norma və tələblərə cavab verməsi üçün Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilən iş rejiminə keçib. Adıçəkilən qurumun direktoru Hacı Kərimovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq 10-dan çox istirahət üçün nəzərdə tutulan obyektlərdə sanitar yoxlamalar həyata keçirilib. Nəticədə 3 obyektin fəaliyyətinə xitam verilib, bəzilərinə isə müxtəlif cərimələr tətbiq edilib.

Monitorinqlər yalnız iaşə obyektlərində həyata keçirilməyib. İstirahət guşəsində yol boyu satılan ağartı, çörək, ət məhsullarında da mütəxəssislər tərəfindən yoxlamalar aparılacaq.

Qeyd edək ki, aparılan monitorinqin məqsədi əhalinin sağlamlığına zərər vura biləcək qida məhsullarının satışdan çıxarılmasıdır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə