Şabranlı gənclər Ümummilli Liderin anadan olmasının 89-cu ildönümü münasibəti ilə yürüş keçirib
Şabran rayon gənclərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Gilgilçay səddi boyunca \"Çıraqqala\" tarixi abidələr kompleksinə yürüş keçiriblər. SİA-nın xəbərinə görə, yürüşdən öncə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra rayon gənclərinin \"Çıraqqala\" tarixi abidələr kompleksinə piyada yürüşü başlayıb. Uzun məsafəni qət edən rayon gəncləri, missiyanı uğurla başa çatdırılıb.
Piyada yürüş başa çatdıqdan sonra rayon ictimaiyyətinin iştirakı ilə \"Çıraqqala\" tarixi abidələr kompleksində geniş tədbir keçirilib. Mərasimdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun ölkəmizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışıb: \"Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan öz uğurlu addımlarını atdı. Ümummilli Liderimiz Heydər Əliyev bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və böyük düşüncə sahibi olduğunu göstərmişdir. O, xalqın tarixində dönüş yarada bilən bir lider idi. Onun uzaqgörənliyi sayəsində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü, dünya birliyinə inteqrasiya etməyə başladı, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıldı\".
N.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqımızın qəlbində əbədiyaşar mövqe qazandığını, dövlətimizin suverenliyi və millətimizin rifahı üçün həyata keçirdiyi işlərin böyüklüyü barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Rayon rəhbəri həmçinin bu gün Azərbaycan xalqının öz sevimli lideri olan Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini də vurğulayıb.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Süleyman Əliməmmədov qeyd edib ki, müstəqil Azərbaycanın varlığı məhz Heydər Əliyevin adı ilə bağlıdır: \"Təbii ki, dahi rəhbər hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmış, onların problemləri ilə maraqlanmışdır. Ulu Öndər gənc kadrların hazırlanmasını da həmişə diqqətdə saxlamışdır. Hələ keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almışlar\".
Mərasimdə Qalaaltı sanatoriyasının direktoru Füzuli Mayılov, məktəbli Nigar Xudaverdiyeva, rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov və digərləri də Azərbaycan dövlətini və xalqını sevən hər bir insanın bugünkü firavanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan artığına görə, Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevə borclu olduqlarını vurğulayıblar.
Tədbirin sonunda yürüş iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB