YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev BDU-nun gəncləri ilə görüşüb

Bu gün YAP Yasamal rayon təşkilatında YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev rayon ərazisindən olan Bakı Dövlət Universitetinin bir qrup aktiv gəncləri ilə görüşüb. SİA-nın məlumatına görə, ilk öncə gəncləri salamlayan Bəxtiyar Nəbiyev ölkədə gənclərlə bağlı görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul olunan proqramlardan bəhs edib və gənclərə bu inkişafın öz bacarıqları çərçivəsində dəstək olmağa çağırıb. Daha sonra YAP Yasamal rayon idarə heyətinin üzvü Daşqın Qənbərov tədbirdə çıxış edərək gənclərin cəmiyyətdəki mühüm rolundan, ölkə rəhbərliyinin onlara göstərdiyi qayğıdan bəhs edib. D.Qəbərov Azərbaycan Respublikasının bu gün olduğu kimi gələcəkdə də davamlı inkişaf etməsi üçün gənclərin daha savadlı, daha sağlam, həqiqi vətənpərvər olmalarının tələb olunduğunu vurğulayıb və ölkədə hər üç istiqamətdə gənclərə lazımi şəraitin yaradıldığını, yetərincə dəstək verildiyini söyləyib.

Görüş diskussiya formatında davam etdirilib. İştirakçı gənclərdən Bakı Dövlət Universitetinin GB-nin idarə heyətinin üzvləri Elvin İbrahimov, Fərahim Barat və başqaları maraqlı təkliflər səsləndiriblər.

Sonda YAP Yasamal GB-nin sədri Bəxtiyar Nəbiyev bütün iştirakçılara müzakirələrdə aktiv iştiraklarına görə minnətdarlıq etdi və səsləndirilən ideya və təkliflərin gələcək işlərdə nəzərə alacaqlarını bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə