Avropa Şurasının gənclər portalında Azərbaycan Gənclər Fondunun elanı yerləşdirildi
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fondun loqosunun dizaynı ilə bağlı müsabiqənin elanı Avropa Şurasının gənclər portalında da yayımlanıb. Loqo dizaynı üçün artıq çoxsaylı təkliflər gəlib. Azərbaycan Gənclər Fondu gənclərimizi müsabiqədə aktiv iştirak etməyə dəvət edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 may saat 17:00-dək [email protected] elektron ünvanına loqo təklifini təqdim etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB