Milli QHT Forumunda kooperativləşmə mövzusunda yeni layihə təqdim olunub

Milli QHT Forumunda kooperativləşmə mövzusunda yeni layihə təqdim olunub
Bu gün Milli QHT Forumunda Azərbaycan "Aqrar Sənaye Mühəndisləri" İctimai Birliyinin sosial mahiyyətli fermer kooperativlərinin yaradılması və onlarda marketinq xidmətinin təşkilinin sosial-iqtisadi inkişafda rolu mövzusunda layihənin təqdimat mərasimi baş tutub. SİA-nın məlumatına görə, layihə Azərbaycan Respublikası Prezident Yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli QHT Forumunun dəstəyi ilə həyata keçirilir.

Tədbirdə çıxış edən "Aqrar Sənaye Mühəndisləri" İctimai Birliyinin sədri Qurban Qurbanov layihə haqqında məlumat verib. O, bildirib ki, yeni layihə Azərbaycanın regionlarında inkişafa dəstək olacaq. Məlumatlandırıcı layihənin regionlarda həyata keçirilməsi hər birində 5-dən çox fermer təsərrüfatı olmaqla birləşmiş kooperativlərin yaradılmasına kömək edəcək. Bu da gələcəkdə kənd təsərrüfatı ilə məşğul olan insanların məhsullarını daha böyük bazarlarda satışa çıxarılmasına və fermerlərin bir-birinə dəstək olmasına şərait yaradacaq. 6 ay müddətində davam edəcək layihə üçün Yevlax və Ağdaş rayonları seçilib.

Qeyd edək ki, təqdimatdan sonra layihə rəhbəri Qurban Qurbanov tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə