Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Azərbaycan təbiət aləmi zooloji parkı"nın layihəsinin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimatda nazirliyin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Azərbaycan Zooloji parkı layihəsi 2010-cu ildə ilkin çalışma ilə başlayıb, master plan səviyyəsində bugün davam etdirilməkdədir: "Layihə üçün Ceyranbatan bölgəsindəki Qumyataq Gölü yaxınındakı ərazi təyin edilib. 55 hektarlıq sahəni əhatə edən proyekt Qafqaz coğrafiyasının ən böyük zooloji parkı olacaq. Proyektə əsasən bu parkda 9 əsas sərgi bölgəsi, 80 təməl sərgi, 224 fərqli cins və 1518 ədəd heyvanın nümayiş olunması nəzərdə tutulur. Parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun hazırlanacaq. Zooloji parkın ən böyük məqsədlərindən biri də uşaqlar və gənclər üçün əylənməklə birgə təbiəti sevmə və qoruma vərdişlərini aşılayan təhsil fəaliyyətinin təşkil edəcəyi mühiti meydana gətirməkdir. Təhsil fəaliyyətləri ölkədəki və xaricdəki universiteti, institut və QHT-lərin töhfəsi və dəstəyi ilə təşkil olunacaq. Zooloji park mərhələlər halında tikiləcək və ilk mərhələdə Bakı daxilində olan mövcud zoopark mütəxəssis qruplar tərəfindən bölgədəki müvəqqəti sığınacaqlara köçürüləcək\".
Zooloji parkın salınmasının layihə dizayn işlərini Türkiyə-Almaniya birgə müəssisəsi olan "Ekodenge" şirkəti həyata keçirir. Tövsiyəçi kimi Hollandiyadan mütəxəssis də cəlb olunub. H.Əlizadə deyib ki, parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun hazırlanacaq".
Layihənin koordinatoru Yavuz Yöntəm isə bildirib ki, zooloji parkın dizaynında Asiya, Avropa və Amerikadakı məşhur nümunələr araşdırılaraq bu nümunələrdən faydalanılıb. Son illər Azərbaycanın daha da inkişaf etdiyini deyən Y.Yöntəm vurğulayıb ki, yeni zooloji parkın salınması da bu uğurun növbəti bir göstəricisi olacaq. Bu park sadəcə əyləncə mərkəzi olmaqla yanaşı, məktəblilərə zooloji aləmlə hansısa yeni biliklərin öyrədilməsi üçün mühüm bir mərkəz olacaq. Azərbaycanda salınacaq zooloji park bir çox dünyadakı məhşur parklardan yaxşı mənada fərqlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB