Azərbaycanın ABŞ-dakı səfirliyində Ümummilli liderin ad günü qeyd edilib
10 may 2012-ci il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, mərasimdə səfirlik əməkdaşları ilə yanaşı, ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində zəhmətləri və ümumiyyətlə dahi liderin parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, müstəqil Azərbaycanın bu gün dünya siyasətində artan rolunun, qazanılan uğurların, o cümlədən cari ay ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinin Heydər Əliyev tərəfindən təməlləri qoyulan uğurlu xarici siyasətin və bu siyasətin bu gün müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olduğunu deyib. Səfir Heydər Əliyev kimi dahi şəxsiyyəti yetişdirdiyinə görə Azərbaycan xalqının şanslı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB