Qazaxıstanda \"Heydər Əliyev şəxsiyyəti\" mövzusunda dəyirmi masa keçirilib

L.N.Qumilyov adına Avrasiya Universitetinin Heydər Əliyev adına auditoriyasında Azərbaycan Qazaxıstandakı səfirliyi tərəfındən ümummilli liderin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar \"Heydər Əliyev şəxsiyyəti\" mövzusunda dəyirmi masa keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının nümayəndələri, Avrasiya Universitetinin prorektoru, həmçinin, müəllim-professor heyəti, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri, Qazaxıstanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfır Zakir Həşimov ulu öndərin həyat və fəaliyyəti, Azərbaycan-Qazaxıstan ikitərəfli dostluq münasibətlərinin inkişafına verdiyi töhfələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Səfir Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyi, iqtisadi qüdrətinin yüksəlməsi naminə misilsiz xidmətlərini qeyd edib və Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində ölkəmizin əldə etdiyi uğurları diqqətə çatdırıb.

Avrasiya Universitetinin prorektoru Romanenko Mina Emanuilovna, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının üzvləri, \"Nur Otan\" Xalq Demokratik Partiyasının Analiz və proqnozlaşdırma Mərkəzinin rəhbəri Kazbek Kazkenov, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqmın sədri Vidadi Salahov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin fəaliyyəti, eləcə də Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, dünyada tanınmasında və nüfuzunun artmasında ulu öndərimizin xidmətlərini qeyd ediblər.

Sonra tədbir iştirakçıları üçün kinorejissor V.Mustafayevin çəkdiyi \"Bir həsədin tarixi\" fılmi nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara çay süfrəsi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...