Siyəzəndə 9 saylı uşaq bağçasının açılış mərasimi keçirilib

Siyəzəndə 9 saylı uşaq bağçasının açılış mərasimi keçirilib

Ümummilli liderin doğum günündə Siyəzəndə 9 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Siyəzən rayonunda Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, idarə müəssisə rəhbərləri və rayonun digər rəsmiləri ilə birlikdə gül dəstələri ilə yad ediblər.

Keçən ilin oktyabr ayından təmirə bağlanan baxça 1952-ci ildən istifadəyə verilib və bu günə qədər heç bir əsaslı təmir olunmayıb. Prezident İlham Əliyevin göstərişi nəticəsində bu gün 95 yerlik bağça əsaslı təmirdən sonra uşaqların ixtiyarına verilib. Bağçada yeni modul tipli qazanxana quraşdırılıb, həyətyanı sahə tamamilə yenidən qurulub, 1100 kv metr sahədə yaşıllıq zolağı salınıb, uşaqlar üçün əyləncə parkı tikilib. Yataq dəstləri və mebel dəstləri yeniləri ilə əvəz olunub. Bina iki mərtəbədən ibarətdir. Bağça işə başladığı gündən 22 nəfər işlə təmin olunub. Açılış konsert proqramı ilə sona çatıb.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə