“İRƏLİ” Böyük Vətən müharibəsi qurbanlarını yad edib

“İRƏLİ” Böyük Vətən müharibəsi qurbanlarını yad edib

9 May Qələbə gününün 67-ci il dönümü ilə əlaqədar "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev və 30 nəfər fəal üzv Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə həsr olunan tədbirdə iştirak ediblər. "İRƏLİ"dən SİA-ya verilən xəbərə görə, müharibə qurbanlarının xatirəsinə ucaldılan abidə önündə keçirilən tədbirə Rusiya, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan ölkələrinin Fövqəladə və Səlahiyyətli səfirləri, dövlət rəsmiləri, millət vəkilləri qatılıblar.

Tədbirin keçirilməsinə Nərimanov Rayon İcra Hakimiyyəti dəstək göstərib. Gənclər öncə Böyük Vətən müharibəsi qurbanlarının ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Daha sonra gənclər Qələbə günü münasibətilə veteranları təbrik edib, müharibədə həlak olanların məzarları önünə gül dəstələri qoyublar. Tədbirin ikinci hissəsi "İRƏLİ" Gənclik Mərkəzində dəyirmi masa formasında davam edib. Tədbirdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, Rusiya Federasiyasının Əfqanıstandakı konsulu Səfər Babayev və Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin (İstiqamət: Rusiya və MDB) elmi işçisi Heydər Mirzə iştirak edib. Ekspert Heydər Mirzə iştirakçılara \"Azərbaycanlılar II dünya müharibəsində\" mövzusunda mühazirə oxumuş və bununla bağlı video çarx göstərilib. Daha sonra görüş sual-cavab əsnasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə