Milli Məclisdə ulu öndər Heydər Əliyevə həsr olunmuş 2 kitabın təqdimatı keçirilib- YENİLƏNİB
Bu gün Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə iki kitabın təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdim edilən kitablar Milli Məclisin spikeri Oqtay Əsədovun məsul redaktoru olduğu \"Heydər Əliyev xatirə zalı-5\" və \"Azərbaycan Respublikasının Milli Məclisi dördüncü çağırış\" kitablarıdır. Sözügedən kitablar azərbaycan və ingilis dillərində nəşr olunub.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz əməyi olub. Ounu sözlərinə görə, müstəqil və müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyevin gördüyü işlər sayəsində ölkədə möhkəm dövlət quruculuğu yaranıb və bu günə kimi davam etdirilir: "1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ulu öndərin ilk fəaliyyəti parlamentdən başlayıb. O, 4 ay müddətində ölkə parlamentinə rəhbərlik edib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi işlər peşəkar parlamentin formalaşmasında öz müsbət töhfəsini verib. Milli Məclisdə onun adını daşıyan Heydər Əliyev xatirə zalı var ki, həmin zalın 5 ili tamam olur. Bu zal Milli Məclisdə də bir ziyarət yerinə çevrilib. Ölkəyə gələn qonaqlar və Milli Məclisə gələn bütün ölkələrin parlament nümayəndə heyətləri bu zalda Heydər Əliyevin həyat və yaradıcılığı ilə tanış olur".
Qeyd edək ki, bu günə kimi 150 min nümayəndə heyəti Milli Məclisə gələrək Heydər Əliyevin xatirə zalını ziyarət edib.
Spiker həmçinin əlavə edib ki, ölkə prezidentinin keçirdiyi siyasət nəticəsində Azərbaycan Avropada tanının dövlətlərdən birinə çevrilib: \"Biz deputatlar və parlamentarilər də hər zaman İlham Əliyevin yanında olacaq və onun gördüyü işləri dəstəkləyəcəyik".
Millət vəkili Siyavuş Novruzov da ulu öndər Heydər Əliyevin Azərbaycanda qanuni hakimiyyət və davamlı dövlət quruculuğunun əsasının qoyduğunu deyib. O bildirib ki, ulu öndər ömür boyu xalqın, millətin müstəqilliyinin qorunmasına və müdafiə olunmasına xidmət edib: "Heydər Əliyev dövlətin möhkəmləndirilməsi və bütün sahələrdə inkişafının bir nömrəli banisi olub. O, Azərbaycan müstəqilliyinin qorunması və müdafiə edilməsində hər zaman müstəsna xidmətlər göstərib. Bu gün parlamentdə aparılan abadlıq və quruculuq işləri də siyasi fəaliyyətinə parlamentdən başlayan Heydər Əliyevin adına layiqdir".
Millət vəkili Hadı Rəcəbli isə vurğulayıb ki, bu günlər ölkənin bütün yerlərində, dünya səviyyəsində ulu öndərin doğum günü qeyd olunur. Onun sözlərinə görə, bu gün parlamentdə bir ənənə formalaşıb ki, buraya gələn nümayəndələr xatirə zalında ümummilli liderin həyat və yaradıcılığına kiçik ekskursiya edir: "Ulu öndər müstəqil Azərbaycanın memarı və yaradıcısıdır. Bütün bu işlər isə parlament binasından başlayıb. Prezident İlham Əliyevin xüsusi dəstəyi ilə bu binanın yenidən yenidən təmir edilməsi də ulu öndər Heydər Əliyevə olan böyü sevginin təzahürüdür".
Millət vəkili Rəfail Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev istər Sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində Azərbaycan dövləti üçün bir çox qurucu əməllərə imza atıb: "Zaman keçdikcə onun gördüyü işlər daha da xatırlanır. Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyduğu ən böyük sərvət Azərbaycanın dövlət müstəqilliyinin istiqlalıdır. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə qəbul olunsa da həmin dövrdə onu qoruyub-saxlamaq çox çətin məsələ idi. Bu zaman tarixi şəraitin yaratdığı situasiya və şansı qorumaq lazım idi. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində dövlət müstəqilliyi qorunub-saxlandı və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Heydər Əliyev xatirə zalı ilə bağlı kitabın təqdim edilməsi də xüsusi əhəmiyyətə malikdir".
Millət vəkili Arif Rəhimzadə çıxışı edərək ulu öndərlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Heydər Əliyevin dahiliyi eksperimental hallarda daha aydın görünürdü. Millət vəkilinin sözlərinə görə, ümummilli lider həddindən artıq çox informasiyanı beynində saxlayır və lazım olanda ondan istifadə edirdi: "Heydər Əliyev yüksək iradə və qərarqəbuletmə qabiliyyətinə malik idi. Xalq Cəbhəsi dövründə hansısa bir təklifin Milli Məclisdə müzakirəsi uzun zaman aparsa da yekunda heç bir qərar qəbul olunmurdu. O vaxt hansısa lider bu təhlükələrin qarşısında dayanmağa aciz idi. Lakin ulu öndər Heydər Əliyev heç nəyə baxmayaraq bütün çətinliklərə sinə gəldi, hər şeyin qarşısına keçərək ölkədəki çətin vəziyyəti qısa zamanda həll edə bildi. Heydər Əliyev xalqı hər zaman zirvədə görürdü. Ona görə də ümummilli liderin bütün fəaliyyəti, ölkədə aparılan bütün işlər xalqın rifahının, onun sonrakı gələcəyinin təmin olunmasına xidmət edib".
Tədbirin davamında çıxış edən digər millət vəkilləri də ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB