Zaqatalada 4 bal gücündə daha bir zəlzələ oldu

Zaqatalada 4 bal gücündə daha bir zəlzələ oldu

Zaqatala rayonunda bu gün yenidən zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla verikən məlumata görə, maqnitudası 3.00 bal olan yeraltı təkanlar 11 km dərinlikdə olub.


Zəlzələ yerli vaxtla saat 06:33-da, Zaqatala rayon mərkəzindən 13 km cənubda, episentrdə 4 bal gücündə qeydə alınıb. Zəlzələ Zaqatalada - 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2.0-2.5 bal gücündə hiss olunub. İnsan təlafatı və dağıntılar yoxdur.


Qeyd edək ki, may ayının 7-də Zaqatalada bir birinin ardınca zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 524 tikili uçmuş, 2235 tikili qəzalı vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə