\"Heydər Əliyev və Müstəqil Azərbaycan\" mövzusunda inşa yazı müsabiqəsi keçirilib

\"Heydər Əliyev və Müstəqil Azərbaycan\" mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş \"Heydər Əliyev və Müstəqil Azərbaycan\" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, aparıcı məsləhətçi Samir Kazımov, Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri İbrahim Erol, "Xocalı Soyqırım Tanıtım" İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak edib.

Məlumat üçün bildirək ki, ilk növbədə tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Bir mahnının tarixçəsi" adlı film nümayış olunub. Daha sonra tədbirə gələn qonaqlar çıxış edərək gənc istedadları salamlayaraq onlara gələcək işlərində uğurlar arzulayıb. Müsabiqənin nəticəsinə görə I yerə Binəqədi rayonu 267 saylı orta məktəbin şagirdi Hüseynova Gülsüm, II yerə Səbail rayonu 49 saylı orta məktəbin şagirdi İsmayılova Azadə, III yerə isə Nərimanov rayonu 39 saylı orta məktəbin şagirdi Ələkbərli Şamilə layiq görülüb.Tədbirin sonunda inşa yazı müsabiqəsində fərqlənmış və I, II və III yeri tutmuş şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə