Azərbaycan Xarici İşlər nazirliyi  Ermənistana bəyanat verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sərkisyanın işğal altında olan Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat və destruktiv mövqe kimi dəyərləndirir. SIA-nın məlumatına görə, XİN mətbuat katibi Elman Abdullayev jurnalistlərə nazirliyin bu məsələ ilə bağlı mövqeyini açıqlayarkən bildirib ki, qeyd olunan faktı təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar: "BU cür destruktiv mövqe Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir". Xatırladaq ki, Ermənistan mətbuatı dünən Azərbaycanın işğal altında olan Şuşa şəhərində hərbi parad keçirildiyi, Ermənistan prezidenti Serj Sərkisyanın həmin paradda iştirak etdiyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə