Şuşanın işğalının 20 illiyi ilə əlaqədar aksiya keçirilib - FOTOLAR

Şuşanın işğalının 20 illiyi ilə əlaqədar aksiya keçirilib - FOTOLAR

Bu gün Şuşanın işğalından 20 il keçir. Biz Şuşalı gənclər bu aksiyamızla diqqəti ölkəmizdə qonaq olan xarici vətəndaşların Azərbaycanın incisi olan Şuşanın ermənilər tərəfindən işğal olunmasını, tarixi-memarlıq abidələrimizin ermənilər tərəfindən məhv edilməsini catdırmaqdır.


Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində azərbaycanlılara aid min illərlə yaşı olan tarixi abidələri yer üzündən sildikdən sonra vandalizmin yeni formasına - başqa xalqa aid olan tarixi abidələri saxtalaşdırmağa keçiblər. Dağlıq Qarabağdakı separatçı rejimin işğal altındakı Azərbaycan ərazilərində əksəriyyəti azərbaycanlılara və albanlara aid olan qədim tarix-mədəniyyət abidələrinin erməni abidələri adı altında pasportlaşdırılması prosesi gedir.


Azərbaycanın işğal altındakı ərazilərində qalan tarix-mədəniyyət abidələrinin dağıldığı, muzeylərin talandığı, eksponatlarının bir çoxunun erməni eksponatları adı altında Ermənistanda və xarici ölkələrdə nümayiş edildiyi haqda çox danışılıb. Lakin son vaxtlar ermənilər bu ərazilərdə qalan tarixi abidələri erməniləşdirmək üçün məqsədyönlü siyasət həyata keçirir, erməni diasporunun maliyyə dəstəyi ilə xaricdən arxeoloqlar cəlb edilir, qədim Azərbaycan və alban abidələri erməni abidələri adı altında restavrasiya olunur. Ermənilərin Qarabağın tarixini göz görə-görə saxtalaşdırmaq cəhdlərinə qarşı daha təsirli və effektiv tədbirlərə əl atmaq, daha genişmiqyaslı kampaniya aparmaq, xüsusən ilk növbədə beynəlxalq ictimaiyyətlə effektiv şəkildə işləmək lazımdır.


Mədəniyyət soyqrımı


İşğaldan əvvəl Şuşada 550 qədim yaşayış binası, 17 bulaq, 15 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr, Qala divarları, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, hamamlar var idi.Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.


Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb.


Biz şuşalı gənclər prezidentimizin siyasətini dəstəkləyirik. Sülh danışıqları fayda verməzsə hər dəqiqə dogma Qarabağı, Şuşanı silaha sarılaraq işğalçılardan azad etməyə hazırıq.


Torpağımızın hər qarışı uğrunda canımızdan kecməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə