“Şuşanın işğalından 20 il keçir” mövzusunda görüş keçirilib

"İRƏLİ" Tarix Mərkəzinin təşkil etdiyi "Tarix Klubu" layihəsi çərçivəsində "Şuşanın işğalından 20 il keçir" mövzusunda görüş keçirilib. "İRƏLİ"dən SİA-ya verilən xəbərə görə, qonaq ekspert qismində Əlövsət Quliyev (General Əlibəy) iştirak edib. İlk olaraq iştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan soydaşların ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Qonaq Şuşa şəhərinin tarixi, şəhərin salınması, keçdiyi inkişaf yolu, Azərbaycan mədəniyyətində oynadığı tarixi rol haqqında geniş söhbət açıb. Daha sonra Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ərəfəsində siyasi ab–hava, ölkənin daxilində baş verən hadisələr və Şuşa şəhərinin alınması haqqında ətraflı məlumat verib.

Sonda ekspert gəncləri və tələbələri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə