Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Strateji Araşdırmalar Mərkəzində millət vəkili Elmira Axundova tərəfindən yazılmış "Uğurlu İnqilablar olmur..." kitabının ictimai müzakirəsi keçirilib. Görüşdə müxtəlif universitetlərdə təhsil alan 50 nəfərə yaxın "İRƏLİ" fəalları və \"Siyasi Akademiya\" layihəsinin iştirakçıları iştirak edib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonağı və iştirakçıları salamlayıb, kitabda qeyd olunan məsələlərin önəmi və gənclərin bu kitabdan necə bəhrələnə biləcəyi barədə danışıb.
Daha sonra millət vəkili Elmira Axundova ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında qısa məlumat verib və müstəqilliyin ilk illərində eləcə də on illər ərzində Azərbaycan və regionda baş verən siyasi prosesləri təhlil edib. Tədbir ümumilikdə diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılmış və kitabda toxunulan məsələlər müzakirə olunub.
Sonda millət vəkili görüşün gözlədiyindən də çox maraqlı keçdiyini vurğulayıb və qeyd edib ki, insanın ən böyük silahı onun hər zaman mütaliə etməsidir: "Mütaliə insanın dünyagörüşünün formalaşmasına, daha da inkişaf etməsinə təkandır. Çalışın məlumatı əldə edərkən bir mənbə ilə məhdudlaşmayın".
Qeyd edək ki, müəllif kitabda özündə mövzunu əhatə edən publisistik məqalələrini toplayıb. Kitabın əsas auditoriyası olaraq vurğulanan mövzu ilə maraqlanan tarixçilər, siyasətçilər və ən əsası gənclər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB