Paytaxtda 28 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Hava şəraitinin qısa icmalı: Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə