Mətbuat Şurasında “Dönüşdən qurtuluşa” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Mətbuat Şurasında tanınmış jurnalist Fəxrəddin Ağamirzəyevin "Dönüşdən qurtuluşa" kitabının təqdimat mərasimi keçirilib. Tədbirə kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimai xadimlər və media nümayəndələri qatılıb. SİA-nın məlumatına görə, təqdimatla bağlı ilk olaraq çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu kitab tanınmış jurnalistin, onun ailəsinin və Azərbaycan xalqının ümummilli liderə olan sevgisinin təcəssümüdür.
"Ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, mətbuatın inkişafı ilə bağlı bir sıra sənədlərin qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, onun bazasında Mətbuat Şurasının yaradılması və bu kimi məsələlərin həyata keçirilməsi mətbuatın sonrakı inkişafına da təkan verib. Heydər Əliyev Azərbaycan mətbuatını da çox gözəl bilirdi. Onun Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğı bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün təqdimatı keçirilən kitabda isə ulu öndər Heydər Əliyev barədə xatirələr, müsahibələr öz əksini tapıb", - deyə Ə.Amaşov əlavə edib.
Daha sonra kitabın müəllifi F.Ağamirzəyev nəşrin təqdimatında göstərilən köməyə görə Mətbuat Şurasına öz təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, kitab Azərbaycanın ulu öndəri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə bağlı mərhələni əhatə edir. Nəşrdə müəllifin əsasən həmin dövrdə Heydər Əliyevdən götürdüyü silsilə müsahibələr yer alıb.
Nərmin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB