Abşeron rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçirilib
Ombudsman Aparatının İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmi (MPM) qrupunun üzvləri müvəkkilin tapşırığına əsasən, Abşeron rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxasına başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib.
Saxlanılan on şəxslə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Abşeron RPŞ-nin, o cümlədən MST-nin yenicə tikilib istifadəyə verilən binası standartlara tam cavab verir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB