“Səs” qəzeti Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - YENİ NƏŞR
"Səs" qəzeti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. SİA-nın verdiyi məlumata görə, xüsusi buraxılışda Azərbaycan ziyalılarının Ulu Öndər Heydər Əliyevə "Səs"qəzeti vasitəsilə edilən müraciəti, Ümummili Lider Heydər Əliyevin ziyalılarının müraciətinə olan tarixi əhəmiyyətli cavabı, Yeni Azərbaycan Partiyasının yaranması tarixi, Heydər Əliyevin xalq, dövlət qarşısındakı yorulmaz xidmətləri, eləcə də digər müxtəlif sahələrdə əldə edilən uğurları və Onun müdrik fikirləri barədə geniş xarakterli məqalələr yer alıb.
Eyni zamanda, xüsusi buraxılşda Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək perspektivləri, uğur və nailiyyətləri əks etdirən məqalələr rəngli, illüstrativ və yüksək tərtibatla oxucuların zövqünü oxşayır.
Xüsusi buraxılışın üz qabığında Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqqında söylədiyi ""Səs" qəzeti mənim üçün ən əziz qəzetdir" kimi dəyərli və tarixi fikri, eləcə də "Böyük xilaskarlıq missiyası" başlığı yer alıb.
Xüsusi buraxılışın digər səhifələrində "Azərbaycan Sizin sözünüzü gözləyir", "Yeni, Müstəqil Azərbaycan uğrunda", "Müstəqil Azərbaycanın qurucusu", "Heydər Əliyev yolunun layiqli varisi – İlham Əliyev", "Heydər Əliyev epoxası – vüsət və əzəmətin parlaq təzahürü", "Dünya azrbaycanlılarını vahid məfkurə ətrafında birləşdirən Lider", "Ümumxalq mənafeyini uca tutmuş dahi şəxsiyyət", "Qüdrətli Azərbaycan ordusunun yaradıcısı", "Dünya liderləri Heydər Əliyev haqqında", "Dünyaya söz deyən Azərbaycan nefti" və başqa yazılarda Ümummilli Liderin bütün sahələrin tərəqqisi istiqamətində atdığı addımlar və onların uğurlu davamı geniş, müfəssəl şəkildə təqdim edilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB