Zaqatala növbəti dəfə titrədi

Zaqatala növbəti dəfə titrədi

Zaqatala rayonunda yenidən güclü zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya veirlən xəbərə görə, yerli vaxtla saat 19:15-də, Zaqatala rayonundan 14 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. 5, 3 maqnitudada qeydə alınan 12 ballıq cədvəl üzrə zəlzələnin gücü 6-6,5 bala yaxın olub.

Qeyd edək ki, bu artıq gün ərzində Zaqatala rayonunda qeydə alınmış yeddinci zəlzələdir. Zəlzələ Zaqatalada 5, Qax, Oğuz və Şəki rayonlarında 2-3 bal gücündə hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə