Böyük Vətən müharibəsi iştirakçıları ilə rabitəçilər arasında növbəti görüş keçirilib
Bu il artıq faşizm üzərində qələbənin 67-ci ildönümü tamam olacaq. O dəhşətli illərdən uzun bir vaxt keçsə də müharibənin vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. Azərbaycanın mərd oğul və qızları Böyük Vətən müharibəsində mərdliklə vuruşub, qəhrəmanlıq zirvəsinə qədər yüksəlib. Onların şanlı, şərəfli yolunu davam etdirən yetişən nəsil də torpaqlarımızın bir qarışını belə düşmənlərə qıymır, sinələrini güllə qabağına verərək şəhidlik zirvəsinə ucalırlar. Belə insanlar həyat durduqca yaşayacaqlar.
Böyük Vətən müharibəsinin iştirakçıları arasında sağ qalanlar - o illərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
Bu münasibət ilə keçirilən görüşlər silsiləsindən növbəti görüş bu gün rabitəçi Böyük Vətən müharibəsi veteranı Əhmədəli Əliyevin evində Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov sədr müavini Rəşad Səfərov və rabitəçilər arasında olub. Onlar Böyük Vətən müharibəsinin qəhrəmanını ərzaq sovqatı və hədiyyələrlə yad edib. Görüş zamanı Ə.Əliyev gənc nəslin nümayəndələrinə müharibədən danışmış öz acı və şirin xatirələrini bölüşüb.
Maraqla keçən görüşün sonunda sədr Seymur Orucov veterana üzərində dini kəlamlar yazılmış şəkli xatirə hədiyyəsi olaraq təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB