İlqar Muradov: \"Partiyaya üzv olmağım mənə Azərbaycan mədəniyyəti və incəsənətini daha geniş təbliğ etmək üçün əlavə stimul verir\"

İlqar Muradov: \"Partiyaya üzv olmağım mənə Azərbaycan mədəniyyəti və incəsənətini daha geniş təbliğ etmək üçün əlavə stimul verir\"

\"Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusu məndə həmişə olub. Amma bu partiyaya üzv olmaq məsuliyyətli olduğu üçün çox düşünmüşəm. İndi isə şərəf duyuram ki, artıq rəsmi şəkildə YAP-ın üzvüyəm\". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Azərbaycanın əməkdar artisti İlqar Muradov deyib. İ.Muradov bildirib ki, partiyamızın yaradıcısı Heydər Əliyevin amalı və həyat fəlsəfəsi daim Azərbaycan xalqına xidmət etmək olub. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da bu amalların daşıyıcısıdır.

\"Mən daim ulu öndərimizin qurucusu olduğu, bu gün prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyanın mədəni tədbirlərində fəal iştirak etmişəm. Partiyaya rəsmi şəkildə üzv olmağım isə mənə Azərbaycan mədəniyyəti və incəsənətini daha geniş təbliğ etmək üçün əlavə stimul verir. Düşünürəm ki, Azərbaycanı sevən hər bir kəs YAP-ın üzvü olmalıdır. Çünki bu partiyanın Azərbaycanımızın inkişafında çox böyük rolu var. Mən bundan sonra da partiyamıza böyük uğurlar arzulayıram\", - deyə İ.Muradov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə