Könül Xasıyeva: \"Yeni Azərbaycan Partiyasının üzvü olmağımla qürur duyuram\"

Könül Xasıyeva: \"Yeni Azərbaycan Partiyasının üzvü olmağımla qürur duyuram\"

\"Mən həmişə özümü Yeni Azərbaycan Partiyasının üzvü kimi hiss etmişəm. Partiyamızın yaradıcı olan Ulu öndər Heydər Əliyev müəyyənləşdirdiyi siyasəti dəstəkləmişəm\". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Azərbaycanın əməkdar artisti Könül Xasıyeva deyib. O, YAP-ın sıralarına rəsmi şəkildə qoşulmağa çoxdan qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, YAP-a üzv olmaq üçün ciddi əsaslar var.



\"Bu partiyanın siyasəti müstəqil Azərbaycan dövlətinin inkişafına, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Fikrimcə, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu partiyanın gücü də bu amillərdən qaynaqlanır. Bu gün prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, daha da güclənir. Dövlət başçısı Heydər Əliyev siyasətini inamla həyata keçirir. Ona görə də mən Yeni Azərbaycan Partiyasının üzvü olmağımla qürur duyuram. Bu partiyaya üzv olmaq arzusuna çatdığım üçün çox sevinirəm\", - deyə respublikanın əməkdar artisti qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə