Azərbaycanın əməkdar artistlərinə YAP-ın üzvlük vəsiqələri təqdim edilib
Əli Əhmədov YAP-ın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin bütün guşələrində müxtəlif tədbirlərin keçirildiyini qeyd edib: \"Partiya vəsiqələri sizə Ümummilli liderimiz Heydər Əliyev doğum günü ərəfəsində təqdim olunur. Hesab edirəm ki, bu, həm partiyamız, həm də sizin üçün əlamətdardır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti kimi sizlər də Azərbaycanda həyata keçirilən dövlət siyasətini qətiyyətlə dəstəkləyirsiniz. Bu gün isə YAP-ın üzvü olmaqla bu prosesdə iştirakçılığınız rəsmiləşdirilmiş olur. Artıq partiyamızın rəsmi şəkildə vəsiqəsini daşıyan üzvlər olursunuz və YAP-ın ideyalarının daşıyıcılarına çevrilirsiniz\".
Hazırda Azərbaycanın dinamik inkişaf yolunda olduğunun deyən Əli Əhmədov qeyd edib ki, ölkə vətəndaşları bu inkişafı öz həyatlarında, güzəranlarında əhəmiyyətli dərəcədə hiss edirlər. Müstəqilliyimizin ilk illərində ölkəmizdə vəziyyətin ağır olduğunu xatırladan YAP Sədrinin müavini həmin dövrlərdə ziyalılarımızın, o cümlədən mədəniyyət və incəsənət xadimlərinin dolanışıq üçün xaricə üz tutduqlarını bildirib.
\"İndi isə bütün sahələr sürətlə inkişaf etməkdədir. Azərbaycanda bütün təbəqələr üçün normal mühit formalaşıb. Bu mənada mədəniyyət və incəsənət xadimləri üçün də normal mühit formalaşıb və onlar öz fəaliyyətlərini yüksək səviyyədə cəmiyyətə təqdim edirlər. Bunun özü eyni zamanda, insanlara, xalqa, dövlətə qulluq etməkdir\", - deyə YAP icra katibi vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, bu gün Heydər Əliyev ideyaları gerçəkliyə çevrilir. Onun sözlərinə görə, YAP və onun üzvləri bu ideyaların daşıyıcılarıdırlar. YAP-ın sıralarında 560 min nəfərdən çox Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Əli Əhmədov bunun çox böyük göstərici olduğunu bildirib.
\"Bu, eyni zamanda, onun göstəricisidir ki, bu sayda insan Heydər Əliyev ideyalarına dərindən inanır və bu ideyaların daşıyıcıları olmaq istəyirlər. Hər il YAP sıralarına 25-30 min insan qoşulur. Bu, Heydər Əliyev ideyalarına, həm də ölkəmizdə həyata keçirilən siyasətə inamın ifadəsidir. İnam dövlətin gücünü təşkil edən ən əsas amildir. Vətəndaş öz dövlətinə inanırsa, o dövlət güclü olur. Çox xoşdur ki, siz də YAP-ın üzvlük vəsiqəsini daşıyacaqsınız. Biz partiyamıza böyük və mehriban ailə kimi baxırıq. Bu qədər insanların hamısı eyni ideya və amal uğrunda birləşiblər. Üzvlər bir-birilərini eyni ailənin üzvləri kimi qəbul edirlər. Sizi də bu gün rəsmi şəkildə bu böyük ailənin üzvlüyünə qəbul edirik. Biz bu hadisəyə çox əhəmiyyət veririk. Hesab edirik ki, sizin bu ailəyə qoşulmağınız bizim ailəmizin daha böyüməsi deməkdir. Eyni zamanda, siz bu ailəyə öz populyarlığınızın bir hissəsini gətirirsiniz\", - deyən YAP sədrinin müavini daha sonra partiya vəsiqələrini əməkdar artistlərə təqdim edib.
Öz növbəsində əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirdiklərini və partiyanın ideyalarına sadiq olacaqlarını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB