"Azərbaycanda hər üç mobil operator 4G-nin tətbiq olunması ilə əlaqədar protokol imzalayıb. Protokola əsasən, onlar özləri arasında razılaşdırılmış tezliklər bölgüsü həyata keçirib". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni 4G texnologiyaları üçün heç bir lisenziya tələb olunmur. Onun sözlərinə görə, burada əsas məsələ onlar arasında tezliklərin düzgün bölüşdürülməsidir ki, bu da ötən həftə başa çatdırılıb: "İndi həmin mobil operatorlara 4 G texnologiyalarını tətbiq etmək üçün 3 ay vaxt verilib. Bu müddət ərzində onlar 4G texnologiyalarını tətbiq etməsələr, tənzimləyici qurum kimi nazirlik tərəfindən müvafiq addımlar atılacaq".
Mobil operatorlar tərəfindən tariflərin ucuzlaşdırılması məsələsinə münasibət bildirən nazir deyib ki, mobil operatorlar çox tez-tez kampaniyalar keçirdikləri üçün artıq qiymətin real ucuzlaşması çoxdan baş verib. Onun sözlərinə görə, hələlik onlara təzyiq etmək fikirləri yoxdur, çünki onları qarşıda 4G texnologiyasının tətbiqi və digər investisiya tələb edən böyük layihələr gözləyir. Ə.Abbasov vurğulayıb ki, ona görə də yaxın gələcəkdə tənzimləyici qurum tərəfindən qiymətlərin aşağı salınması üçün təzyiq və yaxud göstərişlər verilməyəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB