Eldar Əzimov: “Sumqayıtda vəzifələrdə sumqayıtlılar olmalıdır”

Eldar Əzimov: “Sumqayıtda vəzifələrdə sumqayıtlılar olmalıdır”

"Sumqayıtda vəzifələrdə sumqayıtlılar olmalıdır". SİA-nın məlumatına görə, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzimov sumqayıtlıların işləmək üçün Bakıya üz tutması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin səyi nəticəsində O cümlədən Sumqayıtda da müəssisələrin sayı artır. İcra hakimi həçminin qeyd edib ki, 10 gün bundan öncə şəhərdə 3 yeni müəssisə istifadəyə verilib: "Bu günlərdə Kimya parkının əsası qoyulub. Bir ildən sonra təxminən onun 10 000-ə qədər işçisi olacaq. Proqnozlara görə, 10 ildən sonra 30 000 adam işlə təmin ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə