“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil olunub

“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil olunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu"na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin ekskursiyası təşkil edilib. SİA-nın məlumatına görə, tələblərə bələdçi tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə "açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi" yaradılması, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunması haqqında geniş məlumat verilib.

Qeyd edək ki, ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə