Bu gün səhər saatlarında Zaqatala rayonunda güclü zəlzələ baş verib. SİA-nın xüsusi müxbirinin verdiyi xəbərə görə, zəlzələ nəticəsində Zaqatala rayonunun bəzi kəndələrindəki evlərdə çatların əmələ gəldiyi köhnə tikililərdə dağıntının olduğu bildirilir. Bu isə əhali arasında böyük təşvişə səbəb olub. Hamı evlərindən çıxaraq küçələrə axışıb. Lakin zəlzələ nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 09:40:26-da, Zaqatala rayonundan 17 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. İlkin məlimatlara əsasən, zəlzələnin maqnitudası 5,50, dərinliyi isə 10 km olub. Zəlzələ hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB