Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib
Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin açılışı Heydər Əliyevin həyatını əks etdirən çarx təqdimatı ilə başlanıb. Çıxış edən tədbir iştirakçıları Heydər Əliyevin həyatı və yaradıcılığından geniş şəkildə bəhs ediblər. Tədbirin sonunda Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzinin sədri Vüsal Bayramov tədbir iştirakçılarına təşəkkürlərini bildirərək tədbiri yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə