Ceyhun Osmanlı: “İrəli” İctimai Birliyini gəncliyin və müasirliyin bir nümunəsi hesab edirəm\" - MÖVQE
Onun sözlərinə görə, Hazırda "İrəli" İctimai Birliyinin üzvlərinin sayı 3 il əvvələ müqayisədə dəfələrlə artıb. Təşkilatımız insan kapitalına ardıcıl investisiyasını ən effektiv və davamlı inkişaf yolu kimi görür. Hazırda 24.000-dən artıq gənc və 12 təşkilat təşkilatımıza üzvdür. \"İrəli\"nin 2010-11-ci illərdəki layihələrində 120.000-dən çox insan iştirak edib. Fəaliyyətimiz Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bununla yanaşı, dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyimiz təşkilatlar mövcuddur". Daha sonra millət vəkili gənclərə müraciət edib: \"Əziz gənclər, İrəli" canı və qanı ilə azərbaycanlı olanların təşkilatıdır. "İrəli" vətən deyib öndə olanların təşkilatıdır, vətənə arxasını çevirənlərin yox. Bəziləri öz rahatlığını düşündüyü zaman "İrəli" haqqları tapdalanan millətimizin haqq səsi oldu. Siz vətəni, torpağı, azərbaycançılığı hər şeydən üstün tutan gənclərsiz. Siz Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin bizə miras qoyduğu Azərbaycanın övladlarısınız. Bəzi Avropa ölkələrində qadını adam yerinə qoymayanda, Azərbaycan Xalq Cümhuriyyəti qadına seçki hüququ verdi. Biz demokratiyanı xaricdə axtarmamalı, öz fəaliyyətimizdə tətbiq etməliyik. Bu mənim \"İrəli\" sədri kimi son çıxışımdır. Sabahdan etibarən mən sıravi \"İrəli\" üzvü olacağam. Bu illər ərzində kiminsə xətrinə dəyəcək bir hərəkət etmişəmsə xahiş edirəm ki, haqqını mənə halal etsin\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB