Kənd Təsərrüfatı Nazirliyi geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qəti əleyhinədir
"Cari il ölkədə nə qədər taxılın ictehsal olunması barədə hələ ötən ilin sonunda mövcud məhsuldarlıq və əkilmiş sahələrə əsasən proqnoz verilib.Bu il Azərbaycanda 2 milyon 700 min ton taxıl istehsal ediləcəyi gözlənilir". SİA-nın xəvərinə göər, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, taxıl məhsullarının 1 milyon 700 min tonu ərzaq buğdası olacaq. Nazirin sözlərinə görə, Azərbaycanın artıq bir neçə ildir ki, meyvə-tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edə bilir: "Azərbaycan bu məhsulları qonşu dövlətlərə də ixrac edir, gələcəkdə bu məsələlər ölkə başçısının göstərişi ilə daha genişlənəcək. Çünki Azərbaycanın ixrac potensialı çox böyükdür. Bundan da istifadə edərək meyvə-tərəvəz və bostan məhsullarının ixracını daha da artırmağı düşünürük".
Geni dəyişdirilmiş məhsullara gəlincə İ.Abasov Azərbaycana belə məhsulların gətirilməsinin qəti əleyhinə olduqlarını vurğulayıb. Onun sözlərinə görə, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də bu işlə məşğul olan digər müvafiq nazirliklər ölkəyə belə məhsulların gətirilməsinə icazə vermir: "Belə məhsulları ölkəyə gətirib bazarlara çıxaranlar səhvə yol verirlər. Azərbaycanda istehsal edən məhsullar isə az gübrə istifadə edildiyindən demək olar ki, ekoloji təmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB