Tağı Əhmədov: “Qatarların artırılması sərnişinlərin sayından asılı olacaq”
"Bakı Metropoliteni "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqlar çərçivəsində bütün stansiyalarda informasiya köşkləri quraşdırıb. Şəhərimizə gələn əcnəbilər informasiya köşklərinə yaxınlaşıb ingilis dilində istənilən məlumatı- hansı stansiyaya getmək istədiklərini, hansı stansiyaya neçə dəqiqəyə getməyin mümkün olması barədə məlumatları ala biləcəklər". SİA-nın xəbərinə görə, bunu Bakı Metropolitenin rəisi Tağı Əhmədov deyib. O bildirib ki, eyni zamanda getmək istədikləri yeri metro bələdçilərindən soruşa bilərlər. Metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcək və bütün məsələlərə aydınlıq gətirəcəklər. Bakı Metropoliteni "Eurovision" müsabiqəsinə tam hazırdır".
Müsabiqə dövründə əhali sıxlığının qarşısını almaq üçün
qatarların sayının artırılmasına gəlincə, T.Əhmədov vurğulayıb ki, qatarların artırılması sərnişinlərin
sayından asılı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB