Hidayət Orucov: \"Bu il 8 yeni icma dövlət qeydiyyatına alınıb\"

"Azərbaycanın timsalında dünyəvi dövlətlər dövlət-din münasibətlərini formalaşdırır". Bunu jurnalistlərə verdiyi açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dini etiqad azadlığı sözün əsl mənasında qorunur və bunu dünyanın bir çox ölkələri də etiraf edirlər. Onun sözlərinə görə, Azərbaycanda dini durum son dərəcə sabit və normaldır: "Bütün bunlar ümummilli lider Heydər Əliyevin dövlət-din siyasəti konsepsiyasının nəticəsidir. Prezident İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi dövlət-din münasibətləri sistemində də uğurlu işlər həyata keçirir".

Hidayət Orucov həmçinin əlavə edib ki, bu il 8 yeni icma dövlət qeydiyyatına alınıb: \"Bunlardan ikisi qeyri-islamdır. Hazırda müraciətlər var və onlara baxılır. İcmaların qeydiyyatına isə Azərbaycanda 2009-dan başlanılıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə