Ombudsmanın nümayəndələri BQXK-nin koordinatoru Qvenell Fontana ilə görüşüb

Ombudsmanın nümayəndələri BQXK-nin koordinatoru Qvenell Fontana ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ofisinin Müdafiə üzrə koordinatoru Qvenell Fontana ilə görüş keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüşdə azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində saxlanma şəraitinin araşdırılması, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə