Millət vəkili: \"Əlilliyi olan insanların problemlərini həll etmək üçün qanunvericilikdə müəyyən əlavə və dəyişikliklər edilməlidir\"
\"Əlilliyi, fiziki qüsuru olan insanların problemlərini həll etmək üçün qanunvericilikdə müəyyən əlavə və dəyişikliklər edilməlidir\". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. O bildirib ki, bu istiqamətdə aparılan işlərə həm dövlət strukturları, həm də müvafiq orqanlar tərəfindən lazımi dəstək göstərilir. Millət vəkilinin sözlərinə görə, ilk öncə bu sahə üzrə qanunvericilikdə olan boşluqlar tapılmalıdır.
"Düzdür, qanunvericilik mütəşəkkil formada hazırlanıb. Lakin bəzi qanunların icra olunması mexanizmi çox çətindir. Onun normativ aktlarının icra strukturlarına çatıdırılması və icra olunması mexanizmləri ətrafında düşünmək gərəkdir. Qanunvericilikdə belə dəyişiklər gündəmdədir və müzakirə oluna bilər. Boşluqlar axtarılaraq üzə çıxarılacaq. Buna görə də bu sahə üzrə qanunvericiliyin yenilənməsi nəzərdə tutulur", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB