"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Odlar Yurdu Universitetinin (OYU) təşkilatçılığı ilə Odlar Yurdu Universitetində "Başarı bədəl istər" mövzulu konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, professor Nurullah Gəncin məruzəçi olduğu konfransda ilk olaraq Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev salamlama nitqi ilə çıxış edərək, bu konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunduğunu bildirib.
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva isə öz çıxışında "bir millət, iki dövlət" kəlamının müəllifi olan tarixi şəxsiyyət, Türk Dünyasının böyük oğlu Heydər Əliyevin doğum günü ərəfəsində belə bir konfransın təşkilatçısı və iştirakçısı olmaqdan qürur duyduğunu qeyd edib. Cənab Gəncin əslində Azərbaycanda qonaq olmadığını, burada öz vətənində olduğunu qeyd edən Qənirə Paşayeva deyib: "Qardaş ölkənin görkəmli elm və sənət xadiminin çox aktual bir mövzuda tələbə-gənclər qarşısında çıxış etməsi, onları maraqlandıran suallara cavab verməsi, hesab edirəm, bu günü onların, bizim hər birimizin ən yaddaqalan günlərimizdən birinə çevirəcək. Çünki başarı əldə etmək, başarılı olacağına inanmaq, bu inama uyğun həyat tərzinə malik olmaq gələcəyin hər bir peşə sahibinə, hər bir mütəxəssisə gərək olan əsas inkişaf, tərəqqi amilidir."
Millət vəkili Nurullah Gəncin həyat və fəaliyyət yolundan danışaraq, bu həyat və fəaliyyət yolunun da özlüyündə bir örnək təşkil etdiyini vurğulayıb.
"Başarı bədəl istər" mövzusunda məruzə edən professor, şair Nurullah Gənc bir şəxsin, bir cəmiyyət və xalqın, ölkənin başarı əldə etməsi yollarından, bu sahədəki parlaq tarixi faktlardan danışıb. Öz şəxsi həyatından, Türkiyə cəmiyyətindən, elm və sənətin məziyyətlərindən, elmin irfana dönüşməsindən, elm və sənətin həyata tətbiqindən ətraflı danışan görkəmli alim "böyük xəyalları olan insanlar böyük işlər görərlər" kəlamını xatırladaraq tələbələri böyük xəyallara, ideallara və onların gerçəyə dönüşməsi üçün əzmlə çalışmağa səsləyib.
Azərbaycana səfərə gəlməsindən çox məmnun olduğunu bir daha qeyd edən Nurullah Gənc mənsub olduğu ailənin də əslən Azərbaycan, Gəncə kökənli olduğunu bildirib.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev parlaq çıxışı üçün qonağa təşəkkür edərək, qarşıdakı aylarda onu təkrar universitetdə görməkdən mənun olacaqlarını ifadə edərək, hörmətli elm və sənət xadiminin iştirakı ilə yeni konfranslar düzənləyəcəklərini bildirib.
Sonda geniş və mükəmməl məruzəsi üçün N.Gəncə minnətdarlıq edən millət vəkili Qənirə Paşayeva Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi adından ona plaket təqdim edib.
Konfransda millət vəkili Gülər Əhmədova və İspartdakı Süleyman Dəmirəl Universitetinin müəllimi, həmyerlimiz Abdulla Avey, universitetinprofessor və müəllimləri, bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB