Saakaşvili Tbilisini Azərbaycanın və Ermənistanın paytaxtı sayır

Saakaşvili Tbilisini Azərbaycanın və Ermənistanın paytaxtı sayır

"Tbilisi Qafqazın mədəni və tarixi paytaxtıdır". Bu barədə Kutaisidəki çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib. "Gürcüstan-onlayn" xəbər verir ki, dövlət başçısının sözlərinə görə, onun ölkəsi günbəgün regional mərkəzə çevrilir və daha da əhəmiyyətli olur.168.az


"Bu gün Gürcüstan daha yüksəkdədir. Tbilisi həm Azərbaycanın, həm də Ermənistanın tarixi və mədəni paytaxtıdır. Soruşun Dağıstandakı çoxsaylı xalqlardan-inquşdan, çeçendən, osetindən onlar nə fikirləşirlər. Tbilisi hamı üçün mədəni və tarixi şəhərdir. İqtisadi tərəqqi və islahatlar baxımından, Tbilisi regionda nümunədir", - deyə Saakaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə