YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi qanvermə aksiyasında iştrak edib - FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyinin 200-ə yaxın fəal gənci qanvermə aksiyasında iştirak edib. SİA-nın məlumatına görə, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov gəncləri salamlayaraq bu xeyirxah işləri üçün onlara təşəkkürünü bildirib. F.İsmayılov qeyd edib ki, qan çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanlara daimi dəstək olmalıyıq. Siz gənclər üzərinizə düşən missiyanı layiqincə yerinə yetirirsiniz. Sonra çıxış edən YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev bu aksiyanın həm də Azərbaycan gəncliyinin həmrəyliyini ifadə etdiyini bildirib. B.Nəbiyev qeyd edib ki, ölkə başçısımızın bu sahəyə diqqəti çox böyükdür beləki, cənab Prezident talassimiya ve hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələr üçün ayrıca fondun yaradılması barədə tapşırıq verib. Sonra YAP Yasamal rayon idarə heyətinin üzvü Daşqın Qənbərov bu aksiyanın davamlı olacağını qeyd edib və növbəti aksiyalarda daha çox gəncin iştirak edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB