Ceyhun Osmanov: \" Bəzi gənclər təşkilatı və hətta uşaq təşkilatının sədri var ki, onların yaşı 40-dan, hətta 50-dən çoxdur \".

Bu gün ölkədə 1990-cı ildən bu günə qədər yeniləşməyən siyasi partiyaları, təşkilatları görmək mümkündür. SİA-nın xəbərinə görə, milət vəkili Ceyhun Osmanlı deyib ki, Azərbaycanda bəzi gənclər təşkilatı və hətta uşaq təşkilatının sədri var ki, onların yaşı 40-dan, hətta 50-dən çoxdur.

"Bir çox gənclər təşkilatı sədri həmkarımız var ki, uzun illər eyni vəzifədə qalan məmurları tənqid edərək, onları öz yerlərini gənclərə verməməkdə suçlayır. 20-30 il eyni gənclər təşkilatının sədri olan bir insanla, 20 il eyni vəzifədə nazir işləyən bir insanın məsələlərə yanaşmasında və demokratik təfəkküründə hansı fərq var? Ən azından nazirin vəzifəsinin adında gənc sözü yoxdur və ən azından nazirin iki ildə bir qurultay keçirmək öhdəliyi yoxdur. Siqaret çəkən bir insanın, başqasına siqaret çəkməməsi bağlı məsləhət verməsi nə qədər səmimi görsənirsə, qocaman gənclər təşkilatları sədrlərinin də məmurları gəncləşməyə səsləməsi o qədər səmimi görsənir. Əslində bir təşkilat yenilənməsi üçün kadr tapa bilmirsə, elə ilk növbədə öz fəaliyyətini və təşkilat üzvlərini sual altında qoyur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...