\"Bəzi mediya qurumları var ki, müxtəlif dövlətlərin və donor təşkilatların maliyə asılılığındadırlar\" - MÜSAHİBƏ

\"Bəzi mediya qurumları var ki, müxtəlif dövlətlərin və donor təşkilatların maliyə asılılığındadırlar\" - MÜSAHİBƏ

3 May beynəlxalq mətbuat azadlığı günüdür. Azərbaycanın, eləcə də dünya mətbuatının bu günki vəziyyəti ilə bağlı "SəsTV"-yə Jurnalist Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli danışıb.


- Sizin fikirinizcə Azərbaycan mətbuatı bu günə hansı naliyyətlərlə və ya problemlərlə çıxıb?

- Beynəlxalq söz azadlığı günü mediya üzərinə yeni məsələlər qoymaqla yanaşı həm də onun problemlərini diqqət mərkəzinə gətirib. Dünyada elə bir ölkə yoxdu ki, orada mediyada problemlər olmasın. Mediya daimi inkişafda olan bir sistemdir. Dünyada mediya azadlığı insan hüquqlarının tərkib hissəsi olaraq daima gündəmdədir. Azərbaycan mediyası da dünya mediyasının tərkib hissəsi olduğundan o konteksdə inkişaf edərək ciddi naliyyətlər qazanıb. Bu gün Azərbaycan mediyasını 3 mərhələ üzrə təsnifatlandıra bilərəm:

1. Demokratik mediyanın qanunvericilik bazasını formalaşdırmaq,

2. Mediya industriyasının formalaşması. Daha dəqiq desək Azərbaycanda istər çap istərsədə elektron mediyanın inkişafına texnoloji baxımdan inkişafında hər hansı bir problem yoxdur.

3. Mediya da qanunvericilik hansı dərəcədə tətbiq oluna və Texnoloji imkanlardan istifadə edilə bilir. Eləcədə jurnalistlərin peşəkarlığı, mediya quruluşlarının daxili vəziyyəti həmin industriyaya uyğunluğu əsas müzakirə mövzusudur. Belə ki, ölkə mediyası təəssüflər olsun ki, siyasiləşmiş mediya kateqoriyasına aid olur yəni bu gün ölkə mediyasına baxsaq iqtidar, müxalifət və müstəqil yönümlü mediyaya rast gələrik.


- Bəs bu siyasiləşmə amili nədən irəli gəlir?

- Təbii ki, mediyanın iqtisadi bazasının zəifliyinin ortaya gəlməsi, ölkəmizdə mediyanın iqtisadi bazasının formalaşması onun müstəqil komersiya qurumuna çevrilməsi yonümündə gedən proseslərdə müəyyən ləngimələr var ki, bunu həmin mediyanın problemləri sırasında sadalaya bilərik. Naliyyətlərimiz isə ondan ibarətdir ki, bütün sadaladığımız problemlərin həll olunması üçün yerli təşəbbüs və təkliflər var, həm də Azərbaycan dövlətinin bu təklifləri nəzərə alıb sadalanan problemləri aradan qaldırmaq yönümündə meyli və siyasi iradəsi mövcuddur.


- Azərbaycanda yüksək inkişaf mərhələsi keçmiş mediya haqqında bu gün bəzi yerli və xarici qüvvələr mənfi fikirlər söyləyərək mətbuat və söz azadlığının olmaması ilə bağlı iddialar irəli sürürlər. Bu gür qərəzli məlumatların yayılması nədən qaynaqlanır?

- Əgər söhbət beynəlxalq mediya təşkilatlarının tərtib etdikləri retinq cədvəllərinin və dünyada söz azadlığı indekslərinə aid hesabatlarından gedirsə burada bir təsnifat aparılması mütləqdir. Belə ki, qlobal səviyyədə mediyanın problemlərinin aradan qaldırılması ilə məşğul olan təşkilatlar çoxdur. Bu gün sıralama aparsaq görərik ki, 10-a yaxın beynəlxalq səviyyəli təşkilatlar bu istiqamətdə işlər aparır. Lakin təəssüf ki, sadaladığımız mediya qrumları içərisində müəyyən mediya quruluşları da var ki, müxtəlif dövlətlərin və donor təşkilatların maliyə asılılığındadırlar və bu səbəbdən də həmin qurumların sifarişlərini yerinə yetirmək məcburiyyətindədirlər. Son həftə ərzində yəni 25 aprel tarixində "Sərhədsiz Reportyorlar" dünya mediyasının azadlıq indeksini açıqladılar. May ayının 1-də isə "Freedom House" təşkilatı özünün hazırladığı mediya indeksini açıqladı. Qeyd edim ki, bu təşkilatlar mediya azadlığını 3 əsas kateqoriyaya bölürlər: azad ölkələr, yarım azad ölkələr və azad olmayan ölkələr. Diqqətinizi qeyd etdiyimiz təsnifatların müqayisəsinə çəkmək istəyirəm. Belə ki, "Sərhədsiz repartyorlar" 176 dünya dövlətini monitorinqə cəlb ediblər. Bu açıqlamada Ermənistan 77-ci yerdə, Azərbaycan isə 167 ci pillədə göstərilir.

Fredom House isə 197 ölkəni monitorinqə cəlb edərkən Ermənistanı 149-cu yerdə, Azərbaycanı isə 172-ci pillədə göstərirlər. Hər iki təşkilatın göstəricisi arasında təkcə Ermənistanın üzərində 72 pillə fərq var. Yəni burda subyektiv yanaşmalar çoxdur. Necə ola bilər ki, eyni ayda keçirilən bu sorğular arasında bu qədər fərq yaranıb. Təəssüf ki, qiymətləndirmə meyarları arasında inkişaf meyilləri göstərilmir. Bu da hansısa maraqlardan irəli gələn faktorlardır. Bütün bu dediklərimizə nəticə olaraq onu deye bilərəm ki, bizim başlıca problemimiz özümüzü dünyaya olduğumuz kimi təqdim edə bilməməkdir. Hazırda qarşımızda duran prioritet məsələlərdən biri məhs ölkəmizi dünyaya olduğu kimi təqdim edilməkdir. Bunun ücün də bizim peşəkar jurnalistlərimiz, peşəkar mediyalarımız və bütün bunları beynəlxalq aləmə tətbiq edə bilən peşəkar jurnalist təşkilatlarımız olmalıdır.


- 1 May tarixində Almaniyada keçirilən aksiya zamanı vətəndaşlarla yanaşı jurnalistlər də təziqlərə, zorakılıqlara məruz qaldı. Bunu görmək istəməyən Almaniyadan olan AŞPA-nın məruzəçisi Knut Flekştayin Azərbaycanda mətbuata təziqlərin olduğunu, bəzi jurnalistlərin həbs olunması barədə fikirlər yayır. Əslində bunun pərdəarxası məqamları nədən ibarətdir?

- Tarixə nəzər salsaq görərik ki, 1991-ci ildən sonra dünyada mediyanın monitorinqi keçirilir. Bu il açıqlanan statistikaya əsasən deyə bilərik ki, dünyada 1300 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib. 10000 jurnalist həbs olunub. Bütün bunları nəzərə alıb BMT jurnalistikanı riskli peşələr sırasına daxil edildi. Bununla yanaşı jurnalistikaya qarşı təziqlər cəzasız qaldığına görə, qlobal səviyyədə cəzasızlıq günü qeyd edildi. Bu Azərbaycan problemi deyil və bütün dünyada jurnalistikanın problemidir və artıq bir müddətdir ki, bu problem siyasiləşdirilib. Sadəcə, kimlərsə ölkəmizi görmək istədikləri kimi təqdim edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə