Oğuz Elektrik Şəbəkəsində (EŞ) cari ilin I rübündə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik "Daşağıl", "Şəhər", "Xaçmaz", "Bayan" və digər hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, ümumilikdə 5 kilometrə yaxın xətt əsaslı təmir edilib. Azərenerji ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən dövr ərzində 1,5 kilometrə yaxın 0,4 kV-lik xətt təmir edilib. Bütün bunlarla yanaşı, bu dövr ərzində 7 ədəd transformator məntəqəsində də (TM) təmir işləri həyata keçirilib. Qeyd edək ki, rayonun elektrik enerji təchizatı 13 ədəd 10 kV-lik EVX, ümumi gücü 40 MVA-dan artıq olan 312 ədəd TM və KTM vasitəsilə həyata keçirilir. Qəbələ EŞ-də isə cari ilin I rübü ərzində həm avadanlıqların istismar səviyyəsinin yüksəldilməsi, həm də mövsümə hazırlıqla əlaqədar xeyli iş görülüb. Belə ki, 10 kV-lik 6 elektrik verilişi xəttinin 1,3 kilometri əsaslı, 7 xəttin isə 7,5 kilometri cari təmir edilib. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 3,6 kilometri təmir olunub. Bundan əlavə, xətlərin trassası yaşıl kütlədən təmizlənib, məftilləri dartılıb. 7 transformator məntəqəsi əsaslı, 5-i isə cari təmir olunub. Onu da qeyd etmək yerinə düşər ki, bu rayonun elektrik enerji təchizatı 33 ədəd 10 kV-lik EVX, ümumi gücü 119 MVA-dan artıq olan 722 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB