Parlament nümayəndə heyəti Ümrə ziyarətinə gedəcək

Parlament nümayəndə heyəti Ümrə ziyarətinə gedəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər çərçivəsində Məkkədə Ümrə ziyarətini həyata keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, Həcc ziyarətindən başqa həmin əraziləri ziyarət etmək Ümrə ziyarəti hesab olunur. A.Təvəkküloğlunun sözlərinə görə, Həcc ziyarəti zamanı bütün tədbirlər, ayinlər, dini əməllər Həcc ziyarətində olduğu kimi həyata keçirilir.

"Mədinə şəhərində olarkən nümayəndə heyəti Peyğəmbər məscidinə gedəcəklər. Səudiyyə Ərəbistanı bu gün dünyada inkişaf etmiş ölkələrdən biridir. Bugünki inkişaf, əldə olunan nailiyyətlərlə tanış olmaq üçün Milli Məclisin nümayəndə heyəti bir çox tarixi yerlərə gedəcək, ölkənin tarixini özündə əks etdirən muzeylərdə olacaqlar. Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyətinin bu səfəri həm ölkələrimiz, həm də parlamentlər arasında olan əlaqələrin daha da inkişafına təkan olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə