Göyçay rayonunda tarixi abidə kimi mühafizə edilən çinar ağacları yoxdur - TƏKZİB

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində abadlıq işlərinin aparılması adı altında Göyçay şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə edilən çinar ağaclarının kəsilməsi ilə bağlı həqiqətə uyğun olmayan iftira xarakterli məlumatlar verilir.

Bununla əlaqədar SİA-ya Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon ərazisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə edilən çinar ağacları yoxdur, çinar ağaclarının kəsilməsi ilə bağlı heç bir fakt olmamışdır və bu məlumatlar həqiqətə uyğun deyildir.

Bəzi mətbuat orqanlarında gedən bu məlumatlar rayonda aparılan quruculuq işlərinə kölgə salmaq məqsədi daşımaqla kimlərinsə subyektiv maraqlarına xidmət edir.


Bütün xəbərlər Facebook səhifəmizdə