Son bir ildə Füzuli rayonunda 80 min ağac əkilib -  TƏKZİB

Bu gün Azərbaycanın elə bir bölgəsi, rayonu, kənd və qəsəbəsi yoxdur ki, orada yaşıllıqlar salınmasın, ağac və digər kol bitkiləri əkilməsin. Artıq bu iş adət halını alıb. Bir də ki, ağac əkməklə biz öz sağlamlığımızı qorumuş oluruq.

Son vaxtlar bir sıra informasiya orqanlarında Füzuli rayon ərazisində ağacların kəsilməsi barədə əssasız, həqiqətə uyğun olmayan materiallar dərc olunub. Təbii ki, bu "fakt" mətbuat nümayəndəsi olaraq bizi də narahat etdiyindən Füzuli Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxladıq. RİH-dən bildirdilər ki, bunlar qərəzli materiallar olmaqla rayonda görülən işlərə kölgə salmaq məqsədi daşıyır. Son bir ildə rayonun Horadiz şəhərində, ayrı-ayrı yaşayış məntəqələrində, yol kənarlarında 80 min ədəd müxtəlif növ ağaclar, o cümlədən 50 min ədəd Amerika, Türkiyə, İtaliya növ həmişəyaşıl ağacları, 8 min ədəd çinar, 20 mindən artıq şam, qovaq və başqa ağaclar əkilmişdir.

Əkilmiş ağacların içərisində qurumuş müəyyən ağaclar kəsilib, çıxarılıb və əvəzində yeniləri əkilməsi nəzərdə tutulub. Yazılanlar isə qərəzlidir, yalandır, kimlərinsə subyektiv fikirlərinə əsaslanır.

Faktla bağlı araşdırmalarımızı davam etdirəcəyik.


Bütün xəbərlər Facebook səhifəmizdə