Gəncədə asma xəstələri üçün aksiya keçirilib

Gəncədə asma xəstələri üçün aksiya keçirilib

Beynəlxalq asma günü ilə bağlı Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən asma xəstələri üçün müayinə aksiyası keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, aksiyada məqsəd bu xəstəliyə tutulan vətəndaşların müayinələrini və müalicələrini təmin etmək, həmçinin ölkəmizdə bu xəstəliyə diqqəti cəlb etməkdir.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda asma xəstəliyi ilə yaşayan insanların sayı dünya dövlətlərində olduğu kimi 8-10 faiz təşkil edir. Təəssüf doğuran digər fakt isə ondan ibarətdir ki, bu xəstəliyə uşaqların yoluxması da artmaqdadır.

Qeyd edək ki, bir gün davam edən aksiya çərçivəsində təxminən 30-dan artıq şəxs müayinə olunub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə