Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup Çernobıl əlillərinə avtomobil hədiyyə edilib. SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Çernobıl əlilləri daim dövlət tərəfindən qayğı ilə əhatə olunur və bu sahədə tədbirlər bundan sonra da davam etdiriləcək. Onun sözlərinə görə, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8 000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib ki, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə ümumilli lider Heydər Əliyev tərəfindən başlanılıb: "Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı bu gün prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. 1993-cü ildə ulu öndərin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən "Çernobıl qəzasının ləğvində iştirak edib və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi" haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. 2000-ci ildən 2012-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çerenobıl əlilləri də nəzərə alınıb və bu təbəqədən olan 134 nəfər əlil mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2012-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub".
Tədbirin davamından əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 11 nəfər Çernobıl əlilinə "Liffan" markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB