Fuad Muradov: \"Aliyə Qarayevanın uğurları hər bir azərbaycanlı kimi məni də sevindirib\" - MÜNASİBƏT
Millət vəkili Fuad Muradov azərbaycanlı gimnast Aliyə Qarayevanı dünya kuboku yarışında uğurlu çıxışına görə təbrik edib. SİA-nın məlumatına görə, millət vəkili gimnastın uğurlu çıxışını sevinclə qarşıladığını bildirib.
"Rusiyanın Penza şəhərində keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışında Azərbaycanın London Olimpiadasına lisenziya qazanan idmançısı Aliyə Qarayevanın çox uğurla çıxış edərək bir qızıl və iki bürünc medal qazanması hər bir azərbaycanlı kimi məni də sevindirib. Aliyəni bu qələbə münasibəti ilə təbrik edirəm. Ümumiyyətlə, bütün bu qələbələr Azərbaycanın uğurudur və gələcəkdə də çoxlu sayda belə uğurlara imza atacağımıza əminəm", - deyə F.Muradov bildirib.
Qeyd edək ki, Aliyə Qarayeva Rusiyanın Penza şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kubokunda uğurla çıxış edərək, bir qızıl və iki bürünc medal qazanıb.
Belə ki, halqa ilə tapşırıqların yerinə yetirilməsində idmançımız rəqib tanımayıb. O, 28,675 xal toplayıb. Bununla da Darya Dmitriyeva və Darya Kondakova kimi rusiyalı atletləri qabaqlayıb. Dmitriyeva 2-ci, Kondakova isə 8-ci olub. Yarışda 3-cü yeri koreyalı Son Yon Ce tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB