Qulu Məhərrəmli: “Azərbaycanda “Eurovision” müsabiqəsini yüksək səviyyədə yaya bilən televiziya yoxdur” - MÜNASİBƏT

Qulu Məhərrəmli: “Azərbaycanda “Eurovision” müsabiqəsini yüksək səviyyədə yaya bilən televiziya yoxdur” - MÜNASİBƏT

"Eurovision"la bağlı yazılan yazılara, hazırlanan materiallara istər mediada, istərsə də televiziyada kifayət qədər diqqət yetirilir. Bunu SİA-ya açıqlamasında telejurnalist Qulu Məhərrəmli deyib.

O bildirib ki, müsabiqə ilə bağlı materialların nə dərəcədə peşəkar səviyyədə işıqlandırılması isə ikinci məsələdir. "Eurovision"un bir mahnı müsabiqəsi olduğunu deyən Q.Məhərrəmli qeyd edib ki, onun da özünün pərəstişkarları var: \"Amma əsas məsələ "Eurovision"un yayımı məsələsidir. Bunu yayımlamaq üçün mütləq Avropa yayımçılarının köməyindən istfadə etməliyik. Çünki Azərbaycanda "Eurovision" müsabiqəsini yüksək səviyyədə yaya bilən televiziya yoxdur. Ona görə də mütləq xaricdən mütəxəssislər dəvət olunmalıdır. Təkcə bu tədbiri işıqlandırmaq üçün 25-30 kamera işləməlidir. Onların isə yayım işi bacarıqları yüksək texnologiyalara uyğun səviyyədə olmalıdır. Buna diqqət yetirmək lazımdır ki, bu məsələdən qüsursuz çıxa bilək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə